Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…

Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.

AzerTimes xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.

Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, martın 9-da Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

Teqlər: