“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən
yenilənmiş Elektron səhiyyə (e-sehiyye.az) saytı istifadəyə
verilib.
Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Səhiyyə
sahəsində informasiya texnologiyaların ölkədə tətbiqinin, bu sahədə
dünyada olan yeniliklərin işıqlandırılması və əhaliyə təqdim olunan
elektron xidmətlərin təqdim edilməsi məqsədilə 2008-ci ildən
etibarən Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” internet portalı
fəaliyyət göstərir. Hazırda “Səhiyyənin İnformasiyalaşdırılması
Mərkəzi PHŞ” tərəfindən portalın yeni versiyası istifadəyə
verilib.
Portalda nazirlik tərəfindən həyata keçirilən yeni layihələr,
elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları
barədə məlumatlar yerləşdirilib.
Vətəndaşların və tibb işçilərinin xidmətlərdən istifadəsi,
özlərinə aid tibbi məlumatlarının bir mənbədən əldə edilməsi üçün
şəxsi kabinet yaradılıb.
Kabinetə qeydiyyat və giriş “Asan login” sistemi ilə həyata
keçirilir. Kabinetə vətəndaşların tibbi məlmuatları yaxın gələcəkdə
bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal
səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri
kabinet vasitəsilə praktik tibb fəaliyyəti barədə məlumatları əldə
edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər.
Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti səhiyyə
sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir.
Səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının
tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər
təkmilləşdirilir, baş verən yeniliklər operativ şəkildə
ictimaiyyətə çatdırılır.
Xəbərlər və yeniliklər
Elektron səhiyyə (e-sehiyye.az) saytı yenilənmiş formatda
istifadəyə verilib
“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən
yenilənmiş Elektron səhiyyə (e-sehiyye.az) saytı istifadəyə
verilib.
Səhiyyə sahəsində informasiya texnologiyaların ölkədə
tətbiqinin, bu sahədə dünyada olan yeniliklərin işıqlandırılması və
əhaliyə təqdim olunan elektron xidmətlərin təqdim edilməsi
məqsədilə 2008-ci ildən etibarən Səhiyyə Nazirliyində “Elektron
Səhiyyə” internet portalı fəaliyyət göstərir. Hazırda “Səhiyyənin
İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən portalın yeni
versiyası istifadəyə verilib.