Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq.
AzerTimes xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” mövzusunda baş tutan paneldə bildirib.
O vurğulayıb ki, Azərbaycan hazırda elektrik avtobuslarını nəqliyyat sisteminə daxil etməkdədir.