Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, 2 gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.
2 günlük məhdudiyyət Nazirlər Kabinetinin qərarına müvafiq olaraq verilib.
Xatırladaq ki, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.