Xəbər - Çingiz Səfərli -Trend:
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli 17 nömrəli qərara dəyişiklik edilib.
Trend xəbər verir ki, dəyişikliyə əsasən elektrik enerjisinin qiymətlərində gecə-gündüz rejimi tətbiq edilib. Beləliklə, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.
Qərar iyulun 1-dən qüvvəyə minir.