Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edilib

Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında
dəyişiklik edilib

Nazirlər Kabinetinin 155 № li Qərara
dair izahına əsasən, qərara əsasən, qaydaların Azərbaycan
Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılması məqsədilə mətn
üzrə “yaşayış binaları” və “yaşayış evləri” sözlərindən əvvəl
“xüsusi” sözünün çıxarılması nəzərdə tutulur;

– Qaydalarda qeyri-müəyyənliyin və ziddiyyətin (uyğunsuzluğun)
aradan qaldırılması üçün subyektlərə texniki şərtlərin verilməsi,
yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə
qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması,
enerjitəchizatı sxeminin dəyişdirilməsi və istismara buraxılmasının
habelə elektrik qurğularının texniki vəziyyətinə və istismarına
görə nəzarət məslələrinin digər aktlarla tənzimləndiyi üçün həmin
Qaydalara istinadlar verilmişdir, həmçinin Qaydalarda qeyd olunan
məsələləri tənzimləyən bəndlərin çıxarılması və yeni anlayışların
daxil edilməsi nəzərdə tutulur.

– Qaydaların mövcud redaksiyasında istehlakçıların hesablaşma
elektrik sayğacları ilə təchiz edilməsi və onların quraşdırılması
yerləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırıması, habelə
sayğacların dövlət yoxlanılmasında istehlakçıların iştirakı, bu
prosesin rəsmiləşdirilməsi, məişət abonentlərinə münasibətdə
istifadə edilmiş elektrik enerjisinin haqqının ödənilməsi dövrü və
s. üçün layihədə enerjitəchizatı müəssisəsinin vəzifələrinin dəqiq
müəyyən edilməsi nəzərdə tutulur.

– Qaydaların mövcud redaksiyasında istehlakçılar tərəfindən
elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik
sayğaclarının zədələnməsi, sayğacların qoşulma sxemlərinin
pozulması, habelə sayğacdan kənar elektrik xətti vasitəsilə
elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarında enerjitəchizatı
müəssisəsinə vurulmuş zərərin dəqiq müəyyənləşdirilməsi məqsədilə
müəddəaların təkmilləşdirilməsi nəzərdə tutulur.

– Enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin
verilməsinin dayandırılması və bərpa edilməsi ilə bağlı əvvəlcədən
istehlakçıların məlumatlardırılması, bu prosesin rəsmiləşdirilməsi
nəzərdə tutulur.

Teqlər: