Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, müstəqil enerji istehsalçıları ilə istehlakçılar arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələr bu Qaydalara əlavə edilmiş birtipli müqavilələr nəzərə alınmaqla fərqli formada bağlanıla bilər.