Şəmkir rayonunun Cəfər Cabarlı kəndində sakini elektrik cərəyanı vuraraq öldürüb.
AzerTimes xəbər verir ki, rayonun Dəllər Cırdaxan kənd sakini, 1963-cü il təvəllüdlü Oruc Mayıl oğlu Məmmədov kənd ərazisində küçənin elektrik dirəyinə toxunub. Bu zaman elektrik cərəyanı onu vurub.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.