Ölkədə hökm sürən elektrik enerjisi çatışmazlığına görə bu gün Təbriz şəhərində bütün dövlət idarələrinin iş saatı azaldılıb və saat 12-dən sonra tətil elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə əyalət valiliyi elan edib.
Qeyd edək ki, bir neçə ildir yay aylarında ölkədə elektrik enerjisi qıtlığı səbəbindən problemlər yaşanır. Xüsusən Şərqi Azərbaycan əyalətində elektrik enerjisi çatışmazlığı və elektrik enerjisinin verilişindəki uzunmüddətli fasilələr ən çox polad sənayesi sahəsinə ziyan vurur.