Ələkbərovun oğlu ən zəngin varis oldu

Ələkbərovun oğlu ən zəngin varis oldu

“Lukoyl” neft şirkətinin yaradıcısı Vahid Ələkbərovun oğlu, 32 yaşlı Yusif Ələkbərov rusiyalı milyarderlərin varisləri arasında ən zəngin varis seçilib.

AzerTimes xəbər verir ki, bu barədə “Forbes” jurnalının yeni reytinqində deyilir.

Məlumata görə, Yusif artıq bir neçə ildir ki, reytinq cədvəlində birinci yerdədir.

Qeyd edək ki, V.Ələkbərov “Forbes” jurnalının Rusiya üzrə ən varlı adamlar reytinqində altıncı yeri tutur, onun sərvəti 20,5 milyard dollar qiymətləndirilir. Yusif onun yeganə övladı olduğu üçün bütün sərvətin potensial varisi tək o sayılır.

Teqlər: