Ələkbər Yasamallının evinə basqın edildi

Ələkbər Yasamallının evinə basqın edildi

Meyxanaçı Ələkbər Yasamallının evini talayaraq hədə-qorxu gələn şəxslərlə bağlı araşdırma aparılır.

AzerTimes-ın məlumatın görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, vətəndaş Ələkbər Akif oğlu Quliyevin müraciəti ilə bağlı ərazi üzrə müvafiq polis idarəsində araşdırma aparılır. Vətəndaşı narahat edən halların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, meyxanaçı Qaynarinfo-ya açıqlamasında evinin bir qrup şəxs tərəfindən talandığını açıqlayıb. O, evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib.

Teqlər: