Elə sülh müqaviləsi imzalaya bilmərik ki, 6 ildən sonra…

Elə sülh müqaviləsi imzalaya bilmərik ki, 6 ildən sonra…

Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasının təhlükəsizliyini, davamlı sabitliyini və sülhünü təmin etmək üçün bu qərarları qəbul etməliyik.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri parlamentdə keçirdiyi brifinqdə deyib.

Biz bu gün elə sülh müqaviləsi imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”, – Paşinyan qeyd edib.

Teqlər: