Elə qidalar var ki, narkotik kimi asılılıq yaradır

Elə qidalar var ki, narkotik kimi asılılıq yaradır

Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır: “Koka-Kola”, “Fanta” və s.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:

“Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik mağazaya, Fransadan belə su gəlir, amma bizim öz sularımız satışda yoxdur”.

Teqlər: