ABŞ bundan sonra hər şeyin çökəcəyini düşünərək Rusiyaya dollarla xidmət göstərməkdən imtina etdi.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadiyyat Forumunun iclasında çıxışında deyib.
“Elə bilirdilər bizdə hər şey çökəcək, buna görə də bizə dollarla xidmətdən imtina etdilər”, – Putin bildirib.
Putin qeyd edib ki, Rusiya dollarla ödənişlərdən imtina etməyib, sadəcə olaraq, başqa imkanlar axtarmağa məcburdur.