Xəbər - Elçin Mehdiyev – Trend:
Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib:
“Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.