Xəbər - Elçin Mehdiyev – Trend:
Polisi döyən deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının sıralarından xaric edilib.
AzerTimes-ın məlumatına görə, bununla bağlı YAP Xaçmaz rayon təşkilatının İdarə Heyəti qərar imzalayıb.
Qərara əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Səlimov YAP üzvülüyündən xaric edilib.