Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimov saxlanılıb.
AzerTimes-ın məlumatına görə, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.