Bəzi sosial şəbəkə səhifələrində və saytlarda təqsirləndirilən şəxs Elçin Əli oğlu Sadıqovun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər – Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.