Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə Firad Əliyevi təltif edib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev “Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.
Xatırladaq ki, 26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Firad Əliyevi “Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif etmişdi.
Məlumat üçün qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirib. 12 aprel 2005-ci il tarixdən prokurorluq orqanlarında qulluq keçir.