Elçin Əmirbəyov Takeo Akiba ilə görüşdü

Elçin Əmirbəyov Takeo Akiba ilə görüşdü

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Yaponiya Baş nazirinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə müşaviri Takeo Akiba ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı Səfirliyi Tvitter səhifəsində məlumat yayıb.

Görüş zamanı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və sülh quruculuğuna mümkün töhfələr müzakirə edilib.

Teqlər: