Xəbər verdiyimiz kimi, professor Kamil Vəli bu gün vəfat edib. O, uzun illər idi Türkiyədə yaşayırdı.
AzerTimes xəbər verir ki, Kamil Vəli xalq hərəkatında iştirak edib. 1992-93-cü illərdə Elçibəy hakimiyyətində baş nazirin müavini vəzifəsini tutub. AXC(P)də sədrin müavini olub.
Bir ay öncə Türkiyədə yaşayan daha bir azərbaycanlı alim Arif Acalov da Bakıda yol nəqliyyat qəzasında həyatını itirdi. O da Əbülfəz Elçibəyin müşaviri olmuşdu.
Jurnalist, yazıçı Həmid Herisçi hər iki alimin ölümü ilə bağlı maraqlı yazı paylaşıb.
O bildirib ki, hər iki mərhum – Kamil Nərimanoğlu və Arif Acalov eyni gündə, bir ay fəsilə ilə öldülər. Biri 16 noyabrda, digəri 16 dekabrda:
“İksi də təxminən eyni peşəni, taleyi, ölümü bölüşdü.
İkisi də Elçibəyin müavini işləmişdi.
İkisi də Bakıya təzəcə gəlmişdi.
Tam mistkadır bu ölümlər”.