Əlcəzairin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid
Tebbundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri, əziz qardaşım.

Qardaş Azərbaycanın milli bayramı – Müstəqillik Günü
münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan
Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Uca Tanrıdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş
Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə təhlükəsizlik
və sabitlik yolunda daha böyük tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə
bağlayan möhkəm dostluq və həmrəylik tellərindən məmnunluğumu ifadə
edir, müxtəlif sahələrdə əməkdaşlığımızı dəstəkləməyə, qarşılıqlı
maraqlarımıza xidmət edən əlaqələrimizi qardaş xalqlarımızın
mənafeyi naminə inkişaf etdirməyə hazır olduğumu bildirirəm.

Həmçinin ümumi maraqlar, dünyada sülhü və təhlükəsizliyi
möhkəmləndirə biləcək digər məsələlərlə bağlı məsləhətləşmələrimizi
beynəlxalq platformalarda, o cümlədən hazırda sədrliyini layiqincə
yerinə yetirdiyiniz Qoşulmama Hərəkatında davam etdirməyə hazır
olduğumu bir daha vurğulamaq istəyirəm.

Zati-aliləri cənab Prezident, əziz qardaşım, ən yüksək hörmət və
ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Teqlər: