Əlcəzairin Borc-Bu-Arreric şəhərində qaz partlayışı nəticəsində
azı 10 nəfər həlak olub.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Məlumata əsasən, partlayış üçmərtəbəli binada baş verib. 7 nəfər
hadisə yerində, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib, 17
nəfər yaralanıb.
Hakimiyyət orqanları partlayışın səbəbini müəyyən etmək üçün
araşdırmalara başlayıb