Əlcəzair Mərakeşlə diplomatik əlaqələri dayandırır

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Əlcəzair XİN rəhbəri Ramtan Lamamra bildirib.

Ramtan Lamamra qeyd edib ki, əlaqələr Mərakeşin Əlcəzairə qarşı “düşmənçilik hərəkətləri” nümayiş etdirdiyi səbəbindən dayandırılır. Xatırladaq ki, Əlcəzair və Mərakeş arasında Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi mövcüddur.

Teqlər: