Əlcəzairin Ali Təhlükəsizlik Şurası Mərakeşlə yaşanan çətinliklər səbəbindən ölkənin hava məkanını mərakeşli hərbi və mülki təyyarələrinə bağlamaq qərarına gəlib.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Respublika prezidenti Əbdülməcid Tebun administrasiyasının “Twitter”də yaydığı paylaşımda deyilir.
Xatırladaq ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də krallığın bu günə qədər davam etdirdiyi düşmənçilik hərəkətləri səbəbiylə ölkənin Mərakeşlə diplomatik əlaqələrini kəsdiyini bildirmişdir.