Əlcəzair İspaniyadakı səfirini geri çağırıb

Əlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində
mövqeyində kəskin dəyişikliyini göstərən bəyanatlarından sonra
Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq
qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə Əlcəzairin Xarici İşlər
Nazirliyinin açıqlamasında deyilir.

Xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançec Mərakeş kralı
VI Məhəmmədə məktub göndərərək, rəsmi Madridin “Mərakeş üçün Sahara
probleminin əhəmiyyətini qəbul etdiyini” qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, “İspaniya Mərakeşin 2007-ci ildə
təqdim etdiyi (Saxara regionlarının – red.) muxtariyyətlə bağlı
təşəbbüsünü bu mübahisəli məsələnin həlli üçün ən ciddi, real və
etibarlı əsas hesab edir”.