Əlcəzair himninə Fransa ilə bağlı şok sözlər əlavə olundu

Əlcəzair himninə Fransa ilə bağlı şok sözlər əlavə olundu

Əlcəzair Prezidenti Abdülməcid Tebbun “Kassaman” kimi tanınan dövlət himninə Fransanın müstəmləkəçi dövlət olduğunu xatırladan sətirlərin geri qaytarılması barədə fərman imzalayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “Maghreb aktu” informasiya portalı məlumat yayıb.

“Kassaman” (mənası “and içirik” deməkdir – red.) ötən əsrin 50-ci illərinin ortalarında yazılıb və ölkə 1962-ci ilin iyulunda Fransadan müstəqillik qazandıqdan sonra Əlcəzair Xalq Demokratik Respublikasının (ƏXDR) himni olub.

Əlcəzairin dövlət himninə aşağıdakı sətirlər qaytarılıb:

“Ey Fransa, boş danışmağın vaxtı bitdi.

Onu kitabı bağlayan kimi bağladıq.

Ey Fransa! Hazır ol, etdiklərinin bədəlini ödəməli olduğun gün gəlib çatdı.

Cavabımız budur, inqilabımız öz hökmünü verəcək.

Çünki biz qərar verdik – Əlcəzair yaşayacaq,

Siz də buna şahid olun!”

Müşahidəçilərin fikrincə, bərpa edilmiş sətirlər 1986-cı ildə ƏXDR-nin keçmiş prezidenti Şadli Bencedidin qərarı ilə himndən çıxarılmışdı. Bunun siyasi səbəblərdən edildiyi güman olunur. O zaman himn beş bənddən dördə salınmışdı.

Teqlər: