Əlaqələndirmə Qərargahının nümayəndələri Zəfər yolununda aparılan işlər və minatəmizləmə prosesilə tanış olublar

Füzuli. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Füzuliyə səfər edib.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Əlaqələndirmə Qərargahının nümayəndələri Füzulidə Zəfər yolununda aparılan işlər və minatəmizləmə prosesilə tanış olublar.


ANAMA-nın Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov səfər iştirakçılarına görülən işlər barədə məlumat verib, minanın partladılması prosesi nümayiş olunub.

Teqlər: