Şuşa. Trend:
Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Şuşa şəhərinə səfər edib..
Qeyd edək ki, daha əvvəl nümayəndələrə Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimatı edilib, Füzuli – Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olub və Zəfər Yolunun tikintisinə baxış keçirilib.