Elan edin: 10 bal yığa müəllimlər haranı bitirib?

Elan edin: 10 bal yığa müəllimlər haranı bitirib?

Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sınağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır. İmtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib. Eyni zamanda, 223 müəllimin balı birrəqəmli olub, yəni onlar hətta 10 bal belə toplaya bilməyiblər.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin:

“Bu, ail məktəblərdə pedoqoji fənlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Qeyd edək ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər.

Bütövlükdə sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi. Deməli, çağrışlar heç də orta təhsil sferası ilə tamamlanmır”.

Teqlər: