Əlahiddə Ümumqoşun Orduda tədbir keçirildi

Əlahiddə Ümumqoşun Orduda tədbir keçirildi

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Hərbi kollektivdə münasibətlərin və fəaliyyətin psixologiyası, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji adaptasiyası” mövsusunda tədbir keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Hərbi Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.

Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov, Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji Ekspertiza bölməsinin rəisi Valeh Fərəcov, bölmənin böyük eksperti Fariz Səyyadov və Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan Ordusunda gənclərin mənəvi dəyərləri ən vacib məsələlərdən biri sayılır və hərbi xidmətin gənclərə Vətənə, dövlətə, xalqa xidmət kimi təbliğ edilməsi hərbi xidmət şəraitini, onların fəaliyyətini, şəxsiyyətini və sosial-psixoloji adaptasiyasını şərtləndirir.

Qeyd olunub ki, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji cəhətdən uyğunlaşması vacib məsələlərdən biridir. Belə ki, onlar özlərinə yaxşı tanış olan bir psixoloji mühitdən, tamamilə tanımadıqları və bilmədikləri psixoloji mühitə düşürlər. Şəxi heyətə qrup və fərdi qaydada psixoloji yardım fəaliyyətinin həyata keçirilməsi, onların milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlərin aparılması, həmçinin təlim və tərbiyə prosesində iştirak edən zabit və psixoloqlar tərəfindən psixoloji işə aid olan üsul və vasitələrin düzgün tətbiqi etdirilməsi hərbi xidmətə yeni çağrılan gənclərin psixoloji sağlamlığının qorunmasına, onların xidmətə adaptasiya olunmasına şərait yaradan əsas amillərdəndir.

Tədbirdə “Rəislər və tabeolanlar arasında nizamnamə münasibətləri”, “Hərbi nəzakət qaydaları”, “Hərbi kollektivdə şəxsiyyətlərarası münasibətlər” mövzularından da çıxışlar olub, mövzular ətrafında müzakirələr aparılıb.

Teqlər: