Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış oldu

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış oldu

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kurslar zamanı Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Rəhim Cəfərov bildirib ki, bu gün dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra da ölkə başçısı tərəfindən ordu quruculuğu sahəsində bir çox islahatlar aparılır, ordumuzun dahada güclənməsi istiqamətində mühüm addımlar atılır. Aparılan islahatlarda Ordumuzun peşəkar hərbi qulluqçularla təmin olunması da əsas məsələlərdən biri kimi daim diqqətdə saxlanılır. Bu məqsədlə Əlahiddə Ümumqoşun Orduda keçirlən ixtisas hazırlığı kurslarına xüsusi diqqət yetirilir, kursları bitirən gənclərimiz dərs və məşğələlər zamanı qazandıqları təcrübəni, nəzəri və praktiki bilikləri xidmət yerlərində qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə edirlər.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.

Teqlər: