Əlahiddə Ümumqoşun Ordu komandanı nazir müavini olmayacaq

Əlahiddə Ümumqoşun Ordu komandanı nazir müavini olmayacaq

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu.

Teqlər: