Əl-Riyad üzrəində vurulan raketin fraqmentləri yaşayış sahələrinə düşüb

Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhəri üzərində vurulan raketin fraqmentlərinin bir hissəsi yaşayış sahələrinə düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Krallığın Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib: “Əl-Riyad üzərində ballistik raketin vurulması əməliyyatı parçaların dağılmasına səbəb olub. Onun bəzi fraqmentləri heç bir ziyan vurmadan bir sıra yaşayış sahəsinə düşüb”.

Həmçinin qeyd edilib ki, Müdafiə Nazirliyi ölkə ərazisini və mülki insanları qorumaq üçün beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün zəruri tədbirləri həyata keçirəcək.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Yəməndən husilər tərəfindən Əl-Riyad istiqamətində atılan raketi vurublar.