Əl-Qaidə qruplaşmasının Ərəbistan yarımadasındakı lideri Xalid bin Ömər Batrafi ölüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın informasiya və təhlükəsizlik sahəsində fəaliyyət göstərən “Site” qrupu məlumat yayıb.
Məlumatda Səad bin Atif Əl-Avlaqinin bundan sonra Ərəbistan yarımadasında Əl-Qaidənin yeni lideri olduğu bildirib.
Yayılan videoda Batrafinin cəsədinin Əl-Qaidənin adı və emblemi olan bayraqla örtüldüyü əks olunub.
40 yaşlı Xalid Batarifinin nə vaxt öldüyü və ölüm səbəbi ilə bağlı təfərrüat açıqlanmayıb.