EKVİTA Azərbaycanda ilk dəfə keçirilən Qadın Hüquqşünasların I Forumunun əsas tərəfdaşı olmuşdur. Tədbirdə millət vəkilləri Hicran Hüseynova və Nigar Arpadarai, həmçinin Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış etmişlər.
EKVİTA-nın təsisçisi və direktoru İlqar Mehti öz çıxışında şirkətdaxili statistik göstəriciləri açıqlayaraq qadınların idarəetmədə rolu haqqında məlumat vermişdir. Bununla yanaşı, şirkətin hüquq üzrə partnyoru Şərəf Əsgərova “Azərbaycanda gender bərabərsizliyinin aradan qaldırılmasının vacibliyi” mövzusuna da toxunmuşdur.
Qeyd edək ki, EKVİTA İnjuria hüquq jurnalı tərəfindən 2021-ci il üzrə “İlin Hüquq Şirkəti” adına layiq görülmüşdü.