Ekvadorda yüngül atlet güllələnib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ekvadorlu yüngül atlet, 200 metr məsafəyə qaçışda 2019-cu il dünya çempionatının bürünc mükafatçısı Aleks Kinyones Quayakil şəhərində öldürülüb.

Trend-in məlumatına görə, idmançı dostu ilə birgə naməlum şəxslər tərəfindən güllələnib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, şübhəlilərin axtarışları davam edir.


Oktyabrın 22-də 32 yaşı olmuş A.Kinyones dünya çempionatının medalı ilə yanaşı, 2019-cu il Pan-Amerika oyunlarının da qalibi olub.