
Ekvadorun Manabi əyalətində baş verən atışmada ən azı altı nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “El Komersio” qəzetinin verdiyi məlumatda deyilir.
Bildirilib ki, 28 dekabr səhəri Manabi əyalətində yerləşən Puerto Lopez balıqçı kəndində silahlı şəxslər atəş açıblar. Ölənlər arasında iki yaşlı uşaq da olub.
Hadisə cinayətkar dəstələrlə əlaqəli ola bilər. Həlak olanların dəqiq sayı müəyyənləşdirilir.

