Çimborazo vulkanının yamacından qar uçqunu nəticəsində azı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Agence France-Presse agentliyi xilasetmə xidmətinə istinadən xəbər verib.
Məlumata əsasən, hadisə Ekvadorun Çimboraso vilayətində baş verib.
Bildirilib ki, hadisə zamanı yamacda 12 nəfər olub:
“Hadisə yerində cavab qrupu işləyir, xilasetmə əməliyyatında polis helikopteri iştirak edir”.