Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda mərkəz sağ “KREO Hərəkatı”nı təmsil edən Qilyerme Lasso 52,36 səs toplayıb. Beləliklə, o yeni dövlət başçısı seçilib.
AzerTimes-ın məlumatına görə, bu barədə bülletenlərin 100 faizinin yoxlandıqdan sonra ölkənin Milli Seçki Şurası bildirib.
Məlumata əsasən, Q.Lassoya 4 656 426 seçici səs verib. Mərkəz-sol koalisiya “Ümid naminə Birliyi” təmsil edən rəqibi Andres Arausa 4 236 515 seçici dəstək göstərib (47,64 %)
Qeyd edək ki, Ekvadorda prezident seçkilərinin ikinci turu 11 aprel tarixində baş tutub.