Ekvadorun Kuenka şəhərində yerləşən həbsxanada məhbuslar
arasında toqquşmalar baş verib.
Trend “teleSUR” telekanalına istinadən xəbər verir ki,
toqquşmalar nəticəsində 11 nəfər həlak olub, 10 nəfər isə xəsarət
alıb.
Məlumata əsasən, toqquşmalara səbəb müxtəlif cinayətkar
qrupların arasında rəqabət ola bilər.
Eyni zamanda, toqquşmalar zamanı 52 məhbusun həbsxanadan qaçdığı
bildirilir.