Ekvador sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Puerto-Bakeriso-Moreno şəhərindən təxminən 635 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib.