Ekvadorda gərginlik: Boliviya lideri birləşməyi təklif etdi

Ekvadorda gərginlik: Boliviya lideri birləşməyi təklif etdi

Boliviya Prezidenti Luis Arse Ekvadorda vəziyyətin pisləşməsi fonunda region ölkələrini narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə təcili olaraq qüvvələri birləşdirməyə çağırıb.

AzerTimes xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayətlərə qarşı mübarizənin regionallaşdırılması və bunun Latın Amerikası narkotiklərlə mübarizə alyansı kimi dövlət təşkilatının yaradılması yolu ilə həyata keçirilməsinə təcili ehtiyac var. Vətənimizin ərazisində bu transmilli cinayətlərə qarşı birgə mübarizə aparmağın vaxtı çatıb”, – o bildirib.

Arse həmçinin kritik təhlükəsizlik vəziyyəti ilə üzləşən Ekvador xalqı və hökuməti ilə tam həmrəy olduğunu qeyd edib:

“Biz Ekvador küçələrində sülhün bərpasına kömək etməyə hazır olduğumuzu bəyan edirik”.

Teqlər: