Ekvadorda fövqəladə vəziyyət elan edilib

Ekvador prezidenti Lenin Moreno ölkənin 24 əyalətindən 16-da aprelin 23-dən mayın 20-dək fövqəladə vəziyyət rejimi tətbiq edildiyini bəyan edib.

AzerTimes-ın məlumatına görə, bu barədə L.Moreno özünün “Twitter” hesabında yazıb.


L.Moreno qeyd edib ki, bu qərarlaR komendant saatının tətbiq edilməsi, habelə cümə günündən bazar gününə qədər sərbəst hərəkət qadağasını nəzərdə tutur.