Ekvadordakı ikinci ən böyük cinayətkar qruplaşma hesab olunan “Los Lobos”un rəhbəri Fabrisio Kolon Piko da həbsdən qaçıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.
”Çimboraso həbsxanasında yanvarın 9-da dustaqlarla milli polis və həbsxana işçiləri arasında toqquşma baş verib. Bundan sonra Kolon Piko digər məhbuslarla birlikdə həbsxanadan qaçıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, aparılan əməliyyat zamanı qaçanların 12-si ələ keçib. Lakin Kolon Pikonu tapmaq mümkün olmayıb. Polis və ordu onun axtarışını davam etdirir.
Qeyd edək ki, bir neçə gün öncə Ekvadorun ən böyük cinayətkar qruplaşması olan “Los Çoneros”un rəhbəri “Fito” ləqəbli Adolfo M.V də həbsdən qaçmışdı.