Ekvadorda avtomobil sexinə hücum: 10 nəfər öldürüldü

Ekvadorda avtomobil sexinə hücum: 10 nəfər öldürüldü

Ekvadorun Quayaquil şəhərində silahlı naməlum şəxslər avtomobil sexinə hücum ediblər. Nəticədə 10 nəfər öldürülüb, bir nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin “Clarin” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda hüquq-mühafizə orqanlarının istintaq bölmələri cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbola baxan bir qrup şəxsi güllələyiblər.

Qeyd edək ki, artan cinayətlər səbəbindən ötən ilin avqustundan Quayaquil şəhərində fövqəladə vəziyyət elan olunub.

Teqlər: