Ekvador sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən
verdiyi məlumata görə, yeraltı təkanların episentri Santo Dominqo
de los Kolorados şəhərindən 135 kilometr şimal-qərbdə, ocağı isə 40
kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami
təhlükəsi barədə məlumat verilməyib.