Artıq bir neçə gündür ki, ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Sinoptiklər isti hava şəraitinin avqustun 20-nə kimi davam edəcəyini bildiriblər.
Hətta bu hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olduğu deyilir.
AzerTimes günəşli havalarda nələrə diqqət edilməli olduğunu təqdim edir:
1. Çoxlu su için. Çalışın bu aralar ürək ritmini pozan energetik içki və kofeləri içməyin.
2. Maksimum dərəcədə duşdan sonra qurulanın. Suyun dəriyə hopması bədənin temperaturla mübarizəsini daha çətin edir.
3. Yüngül, nazik və açıq rəngli paltarlar geyinin.
4. Uşaqlara, yaşlı nəsilə və ev heyvanlarına diqqəti gücləndirin.
5. Kondisioneri çox soyuq deyil, 22 dərəcə ətrafında istifadə etməyi məsləhətlidir. Çünki çox soyuqdan istifadə etmək evdən çölə çıxarkən həddindən artıq temperatur fərqi yaradır.