Kritik dərəcədə yüksək itkilər səbəbindən “Vaqner” qrupu praktiki olaraq döyüş qüvvəsi kimi mövcud olmağı dayandırıb. Qrupun cəbhə xəttindəki funksiyalarını nizami Rusiya ordusunun desant bölmələri yerinə yetirməyə başlayıb.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
“Vaqner”in itkilərini vaxtında kompensasiya etmək və bölmələrin döyüş qabiliyyətinin bərpası mümkün olmadığı üçün desant qoşunları şəhər döyüşlərində getdikcə daha tez-tez görünməyə başlayıb. Bu, “Vaqner” qrupunun muzdluları arasında kritik dərəcədə yüksək itkiləri təsdiqləyir. Xüsusən də nəzərə alsaq ki, bu şəxsi ordunun sahibi Yevgeni Priqojin həbsxanalardab məhbusları cəlb etməklə itkilərini ödəmək imkanını itirib”, – o bildirib.