Ekspert: Rusların sayı fəlakətli şəkildə azalır

Ekspert: Rusların sayı fəlakətli şəkildə azalır

Rusiyada əhalinin sayında azalma birbaşa səfərbərliklə bağlıdır.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı demoqraf İqor Yefremov son statik göstəriciləri şərh edərkən deyib.

O, situasiyanın getdikcə daha fəlakətli olacağını bildirib:

“Doğum səviyyəsinə əsas zərbə dolayı olacaq. Əksər ailələrin planları tamamilə dağılacaq. Səfərbərlik davam etdikcə, mənfi effekt daha da güclənəcək”.

Qeyd edək ki, Rusiya Federal Dövlət Statistika Xidmətinin 2022-ci ilə olan hesabatına əsasən, ölkədə əhalinin sayı 566 min nəfər azalaraq 146 milyon 424 minə enib.

Teqlər: